Küveyt (ərəb. كويت) və ya rəsmi adı ilə Küveyt Dövləti (ərəb. دولة الكويت) — Yaxın Şərqdə dövlət. Küveyt ərəb əsilli dövlətdir. Şimal və qərbdə İraq, cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Şərqdə Fars körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əl-Küveyt şəhəri, ümumi sahəsi 17,820 kvadrat kilometrdir. Küveyt digər ərəb ölkələri kimi zəngin neft ehtiyatlarına malik ölkədir.
Küveyt dövləti Cənub-Qərbi Asiyada Fars körfəzinin sahilində yerləşir. Sahəsi:17,819 km²-dir. Ərazisinin çox hissəsi yaylalardır. Ərazisi qərbdən şərqə doğru alçaqlaşır və Fars körfəzi sahilində düzənliyə çevrilir. Küveytdə su ehtiyatları olduqca azdır və dəniz suyunun saflaşdırılması üçün müəssisə tikilib. Ərazisində çox böyük neft-qaz yataqları mövcuddur. Məhz neftin sayəsində iqtisadiyyatı sürətlə inkişaf edərək İEÖ (İnkişaf Etmiş Ölkələr)lə bir səviyəyə çatmışdır.
BİZİM KONSULTASİYAMIZDAN KEÇƏRƏK
Mütəxəssislərimiz vakansiyanı fərdi olaraq seçməyə kömək edəcəkdir.
Bizimlə işləyərkən iş vizası almaq şansınız daha yüksəkdir. Bütün dəvətnamələr rəsmi olaraq dəvətin hazırlandığı ölkənin Məşğulluq Mərkəzində qeydiyyata alınır